Interposta.Info

Yol polisi qəza törətdi - Hadisə yerində öldü

Ölkə
 22-05-2020, 20:00     681

Dünən Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"İnterPosta" “BakuPost”-a istinadla xəbər verir ki, “Nargilə” dairəsi adlanan ərazidə 10LH 550 nömrə nişanlı “Mercedes” markalı avtomobil “Toyota Prado” markalı avtomobilə çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü hadisə yerində vəfat edib.

Məlum olub ki, qəza törədən şəxs polis kapitanı Taleh Hüseynovdur. O, DYP-nin Yol hərəkətinin təşkili şöbəsinin əməkdaşı olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26