Xankəndinin mərkəzində "edam otağı" (VİDEO)

AZTV Xankəndinin mərkəzindəki "edam otağı"na bənzəyən zirzəmidən dəhşətli görüntülər yayımlayıb.
"İnterPosta" xəbər verir ki, süjetdə ilk baxışdan yaşayış binasına bənzəyən 4 mərtəbəli binanın zirzəmisindəki mənzərə heyrətə gətirir.
Türməyə bənzəyən zirzəminin içində əsl labirint mövcuddur. Vətən müharibəsi zamanı sığınacaq kimi istifadə olunduğu ehtimalı var.
Əsl həbsxananı xatırladan tuneldə maraqlı və diqqətçəkən məqamlar çoxdur. Uzun tunelin hara gedib çıxdığı məlum deyil.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26