Interposta.Info

İsrail dünyanı heyrətə salacaq məzarlıq hazırlayır:

Ölkə
 4-12-2017, 14:09     10 567

İsrail hökuməti Qüdsdə məzarlıqlarla bağlı problemi yer altına girərək həll etməyə çalışır.

Musavat.com xəbər verir ki, artıq geniş bir məzarlığın hazırlanması üçün layihə hazırlanıb və təsdiq olunub. Bu layihə 50 milyon dollara başa gələcək. Sözügedən proyektin Qüdsün qərb tərəfində yerləşən Givat Şaul adlı ərazidə Har Hamenohut məzarlığının altında reallaşdırılması nəzərdə tutulur. Məzarlığın altındakı tunellər genişləndirilərək, orada 24 min nəfərlik yeni məzarlıq hazırlanacaq.

Layihə rəhbərlərinin açıqlamalarına görə, məzarlıq tam hazır olandan sonra fantastik filmləri xatırladan görüntülər ortaya çıxacaq. Yerin altında mərtəbəli şəkildə olacaq məzarlığa cənazə sahibləri lift ilə enib-qalxacaqlar. Baha qiymətə başa gələcək məzarlıqda dəfnin də bir qədər baha olacağı bildirilir.

interposta.info İsraildə 50 milyon dollara başa gələcək yeni məzarlığın video və fotolarını təqdim edir:

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26