Interposta.Info

İctimai nəqliyyatda gediş haqqı bahalaşacaq - ŞOK AÇIQLAMA

Ölkə
 17-11-2018, 00:22     10 432

"Gələn ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. Bu isə ictimai nəqliyyatda bahalşmaya səbəb ola bilər”.

Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O deyib ki, bu qərardan sonra ölkəyə yeni gətiriləcək ictimai nəqliyyat xidmətində istifadə olunacaq avtobusların idxalı baha başa gələcək: "Nəticədə gələcəkdə ictimai nəqliyyatda gediş haqqı artırıla bilər”.

İctimai nəqliyyatda gediş haqqı bahalaşacaq - ŞOK AÇIQLAMA

Ekspertin sözlərinə görə, yük daşımaçılığı xidmətində də qiymətlərin artması qaçılmaz olacaq:

"Çünki aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. Deməli, logistika üçün ölkəyə yeni gətirilən nəqliyyat vasitələrinin qiyməti baha başa gələcək ki, bu da daşımaçılıq xidmətində qiymət artımına səbəb olacaq”. //Bizimyol.info

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26