Interposta.Info

Qubad İbadoölu: “Bahalaşma taksidə gediş haqlarının artımını şərtləndirəcək”

İqtisadiyyat
 31-07-2018, 13:45     10 467

“Aylıq, həftəlik, 3 günlük və 1 günlük ödəniş kartları güzəştli qiymətlərlə satışa çıxarılmalıdır”

Bu sözləri iqtisadçı alim Qubad İbadoğlu Tarif Şurasının ictimai nəqliyyatda gediş haqqını 50 faiz artımını şərh edərkən qeyd edib.

“Yeni qiymətlər 1 avqust tarixindən qüvvəyə minəcək.

Çox güman ki, 30 qəpik gediş haqqı keçid dövrü üçündür. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı ilə bəhanəsi ilə qiymətlər 40 qəpiyə qaldırılacaq.

Bu qərar ilk növbədə taksi xidmətlərinin və kənd təsərrüfatı məhsullarının qiymətini bahalaşdıracaq və növbəti qiymət artımları üçün əsas yaradacaq.

Tarif Şurası çoxdan gözlənilən qərara imza atdı. Bu günkü iclasında metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifini 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Çox güman ki, 30 qəpik gediş haqqı keçid dövrü üçündür. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı ilə bəhanəsi ilə qiymətlər 40 qəpiyə qaldırılacaq.
Həqiqətən də Azərbaycanda ictimai nəqliyyatda mövcud qiymətlər digər ölkələrlə müqayisədə aşağıdır. Amma metro kimi əhalisinin üçdə birinin yaşadığı Bakı şəhər sakinlərinin əsas nəqliyyat vasitəsində gediş qiymətində tarifin 50 faiz bahalaşması ilk növbədə inflyasiyaya artırıcı təsir göstərəcək. Çünki, metroda gediş haqqı inflyasiyanın hesablanması üçün istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət hesab edilir.

İctimai nəqliyyatda gediş haqlarının bahalaşması eyni zamanda taksidə də gediş haqlarının artımını şərtləndirəcək. Hesab edirəm ki, 30 qəpik gediş haqqı keçid xarakteri daşıyacaq. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı ilə bəhanəsi ilə qiymətlər 40 qəpiyə yüksələcək. Bu sadəcə nəbz yoxlamasıdır.
Bununla yanaşı bu digər sahələrdə gözlənilən qiymət artımlarının reallaşmasını sürətləndirəcək. Çox güman ki, kənd təsərrüfatı mövsümü başa çatan kimi dizel yanacağının və mazutun də qiyməti bahalaşacaq.

Metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımın neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət xüsusilə də aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi qərarlar qəbul etməlidir. Təklif edirəm ki, tələbələrin üçün gediş haqları əvvəlki səviyyədə, yəni 20 qəpik olmasını təmin edən xüsusi güzəştli ödəniş kartları dövriyyəyə buraxılsın. Bununla yanaşı, metroda və digər ictimai nəqliyyat vasitələrində istifadə etmək üçün aylıq, həftəlik, 3 günlük və 1 günlük ödəniş kartları güzəştli qiymətlərlə satışa çıxarılmalıdır.

Əhalisinin üçdə birinin yaşadığı Bakı şəhər sakinlərinin əsas nəqliyyat vasitəsində gediş qiymətində tarifin 50 faiz bahalaşması ilk növbədə inflyasiyaya artırıcı təsir göstərəcək.
Müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün tarifin 2,4 qəpiyə qaldırılması xüsusilə də mövsüm dövründə rayondan şəhərə daşınan kənd təsərrüfatı mallarının qiymətinə bahalaşdırıcı təsir göstərəcək.

Qubad İbadoölu: “Bahalaşma taksidə gediş haqlarının artımını şərtləndirəcək”

Yekun olaraq bildirmək istərdim ki, əgər hökumət həqiqətən də Tarif Şurasında göstərildiyi kimi ictimai nəqliyyatda xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsinə, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsinə, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılmasına nail olmaq istəyirsə onda yalnız gediş haqqı artırmaqla işini bitmiş hesab etməli deyildir. Bunun üçün xüsusilə də dövlət büdcəsindən subsidiya alan metroda şəffaflıq və hesabatlığın təmin edilməli, 1 sərnişinin daşınmasının maya dəyəri, onun məsrəf elementləri, metronun gəlirləri və xərcləri barədə ictimaiyyət müntəzəm məlumatlandırılmalıdır. Bundan əlavə metro da daxil olmaqla Bakı şəhər nəqliyyatının eyni mərkəzdən idarəetmə sistemi yaradılmalı, zamana görə vahid bilet satışı tətbiq olunmalıdır. Belə olan halda 1 dəfə gediş haqqını ödəyən sərnişinin müəyyən zaman fasiləsində müxtəlif ictimai nəqliyyat vasitələrindən istifadə hüququ tanınmalıdır. Məsələn, 30 qəpiklik bilet sərnişinə 1 saat ərzində həm metroda və həm də avtobusda gediş haqqı verməlidir”./pia.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26