Interposta.Info

Xocalıda musiqi məktəbində xeyli silah-sursat aşkarlandı (FOTO/VİDEO)

Gündəm
 5-02-2024, 12:02     23 761

Xocalıda musiqi məktəbində silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xanabad kəndi ərazisində yerləşən musiqi məktəbindən 11 ədəd "Kalaşnikov” avtomatı, 3 ədəd "PK” markalı pulemyot, 3 ədəd "RPQ-7” qumbaraatanı, 10 ədəd qumbaraatan mərmisi, 14 ədəd alışdırcısı, 1 ədəd "MUXA” markalı qumbaraatan, 10 "PK” markalı pulemyot sandığı, 1 ədəd "PK” markalı pulemyotun çaxmaq çərçivəli qaz porşeni, 4 ədəd pulemyot qatarı, 35 ədəd avtomat darağı, 4 ədəd avtomat nişangahı, 30 ədəd "F1” əl qumbarası, 45 ədəd qumbaraalışdırıcısı, 1 ədəd "M-75” əl qumbarası, 19820 ədəd 5.45 mm-lik və 8050 ədəd 7.62 mm-lik patron aşkarlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xankəndi şəhərində də xeyli silah-sursat tapılıb. DİN-nin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də və 4-də Xankəndi şəhəri ərazisində 2 ədəd avtomat silahı, 24 ədəd müxtəlif markalı tapança, 1 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 54 ədəd patron darağı, 1609 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26