Interposta.Info

Füzuli polisi silah-sursat aşkarladı (FOTO)

Ölkə
 9-03-2021, 16:10     432

Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda erməni hərbi birləşmələrinin atıb qaçdığı silah-sursatın qısa zaman kəsiyində aşkar edilərək təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "İnterPosta"ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.

Növbəti belə tədbir zamanı Füzuli RPŞ-nin əməkdaşları tərəfindən erməni hərbi birləşmələrinə məxsus 6 ədəd avtomat, 2 ədəd pulemyot, 3 ədəd qumbaraatan, 1 ədəd tank əleyhinə raket kompleksi, 4 ədəd əl qumbarası, 726 ədəd müxtəlif növ mərmilər və alışdırıcıları, 8420 ədəd müxtəlif çaplı patronlar, avtomat daraqları və lüləsi aşkar edilərək götürülüb.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26