Interposta.Info

Ermənilərin Xocavənddə atıb qaçdıqları “İqla” zenit-raket kompleksi aşkarlandı

Ölkə
 25-03-2021, 12:59     669

İşğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə "İnterPosta"-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd olunub ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbirlər zamanı Xocavənd rayonu ərazisindəki tərk edilən hərbi mövqelərdən 1 ədəd "İqla" zenit-raket kompleksi, 1 ədəd "Muxa” markalı tank əleyhinə qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd avtomat, 6 ədəd əl qumbarası, 64 ədəd müxtəlif növ mərmilər, 19 ədəd avtomat darağı və 1100 ədəd müxtəlif çaplı güllələr aşkar edilib. Silah-sursat aidiyyəti üzrə təhvil verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26