Interposta.Info

Mədəniyyət işçiləri Şəhidin ev muzeyin ziyarət etdilər - FOTO

Gündəm
 30-12-2023, 22:33     91 934

Mədəniyyət işçiləri Şəhidin ev muzeyin ziyarət etdilər
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi, Laçın Dövlət Rəsm Qalereyası, Sarı Aşıq Xatirə Muzeyi və Laçın rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Vətənimizin bölünməzliyi, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən biri Mirzəliyev Kamal Əjdər oğlunun ev muzeyini ziyarət ediblər. Şəhidin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
Mirzəliyev Kamal Əjdər oğlu 30 avqust 1996-cı ildə Şamaxının Çarhan kəndində, zəhmətkeş ailədə anadan olub. Sonradan ailələri Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinə köçmüşdür. Kamal orada 273 saylı məktəbdə orta təhsil almışdır.Məktəbi bitirdikdən sonra Kamal 2016 – cı ildə hərbi xidmətə gedib və Aprel döyüşlərinin iştirakçısı olub. Ordudan tərxis olunduqdan sonra Bakı Gəmiqayırma Zavodunda əmək fəaliyyətinə başlayıb. Sentyabrın 27 – də İkinci Qarabağ savaşı başlayanda könüllü olaraq cəbhəyə gedib və kəşfiyyat bölüyündə xidmət edib. Sentyabrın 30-u 2020-ci il tarixində hərbi xidmətə çağırılıb. Talış Suqovuşan bölgəsində döyüşüb.
Oktyabrın 17-i tarixində müharibənin qızğın dövründə Talış Suqovuşan istiqamətində şəhid olmuşdur. Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda “, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

İnterPosta.info









Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26