Interposta.Info

Gülşad Məmmədova: “Küləyin maksimal sürəti bəzi yerlərdə 28-33 m/s-yə çatacaq” - FOTO

Gündəm
 28-12-2023, 09:19     21 497

“Ölkədə küləkli hava şəraiti dava edir. Şimal-qərbdən ölkə ərazisinə daxil olan soyuq hava kütlələri nəticəsində dekabrın 28-də gecə saatlarından başlayaraq hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir”.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında isə 25-28 m/s-yə çatır:


“Güclü külək gün ərzində davam edəcək. Küləyin maksimal sürəti bəzi yerlərdə 28-33 m/s-ə çatacaq. Axşam saatlarından tədricən zəifləyəcək. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərin, hündür ağacların altında dayanmaq məsləhət görülmür”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26