Interposta.Info

Novruzda böyük əfv gözlənilir (AÇIQLAMA)

Gündəm
 12-12-2023, 14:59     27 335

"Böyük əfv Novruz bayramında gözlənilir".

"İnterPosta" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, bu sərəncam prezident seçkilərindən sonraya təsadüf edəcək:


"Biz siyahını yazıb göndərmişik. Hətta bir siyahı da əlavə etmişik. Həmin siyahıda həbs olunub, ancaq məhkəmə prosesi keçirilməyən şəxslərin adları yer alıb. Həmin şəxslərin məhkəmədən buraxılmasını xahiş etmişik".

Novella Cəfəroğlu həmin şəxslərin buraxılacağına ümid etdiyini qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26