Interposta.Info

Əli İnsanov və İlqar Məmmədovun adı

Gündəm
 17-02-2017, 15:31     558

Əli İnsanov və İlqar Məmmədovun adı

Ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı müraciətlərə baxılmasına başlanılıb. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Məlumatlara görə, həmin vaxta qədər daha bir neçə iclas keçiriləcək və 800-dən çox müraciətə baxılacaq.

Qeyd edək ki, prezident İlham Əliyevin Pentensiar Xidmətlə bağlı verdiyi son sərəncamda da cəzaların hümanistləşdirilməsi nəzərdə tutulur.

Bəs hazırlanan əfv siyahısında Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı varmı?

interposta.info xəbər verir ki, birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu cebhe.info-ya açıqlamasında deyib ki, bütün siyasi məhbusların adı əfv siyahısına salınıb:

“Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı əfv siyahısına salınıb. Biz gözləyirik ki, əfv Novruz bayramı ərəfəsində reallaşacaq. Hər-halda müzakirələr davam edəcək və siyahı ölkə rəhbərliyinə təqdim olunacaq. Hansı qərarların veriləcəyini indidən demək çətindir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26