Interposta.Info

Əfv Komissiyasının iclası keçirildi (YENİLƏNİB)

Ölkə
 16-02-2021, 18:20     555

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

"İnterPosta" xəbər verir ki, iclas videoformatda qruplar halında baş tutub.

İclasda komissiyaya daxil olan müraciətlərə baxılıb.

14.31

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının videokonfrans formatında iclası keçirilir.

"İnterPosta"-nın xəbərinə görə, iclasda komissiyaya daxil olan müraciətlərə baxılır.

10:02

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

"İnterPosta" xəbər verir ki, bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib.

O bildirib ki, toplantı videokonfrans formatında keçiriləcək: "İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq”.

"Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”,- F.Mustafa vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26