Interposta.Info

Bu gün Əfv Komissiyasının iclası keçiriləcək

Gündəm
 16-02-2021, 10:54     559


Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

"İnterPosta" xəbər verir ki, bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib.

O bildirib ki, toplantı videokonfrans formatında keçiriləcək: "İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq”.

"Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”,- F.Mustafa vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26