Interposta.Info

100 min rüşvət alan Lənkəranın eks baş memarı bəraət istəyir - TƏFƏRRÜAT

Gündəm
 4-12-2023, 17:03     25 429


Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri – baş memar Elgün Abdullayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

"İnterPosta" xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək proses dekabrın 6-na təyin edilib.

Şikayət hakim İlkin Abdullayevin sədrliyi ilə araşdırılacaq.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd: Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri – baş memar Elgün Abdullayev ötən ilin oktyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Əməliyyat tədbirləri ilə Elgün Abdullayevin qeyd olunan vəzifədə işləyərkən rayon ərazisində yerləşən torpaq sahələri üzərində tikilmiş fərdi-yaşayış evi və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmənin aparılmasına, eləcə də həmin sahələrin layihələrinin rəhbərlik etdiyi şöbədə təsdiq edilməsi üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
İttihama görə, o, 93 350 manat rüşvət alıb.

Elgün Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur və özünü ittihamlar üzrə təsirli bilmir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26