Interposta.Info

Lənkəran İcra Hakimiyyətində əməliyyat: Baş memar və vəzifəli şəxslər saxlanıldı (YENİLƏNİB)

Ölkə / Manşet
 4-10-2022, 19:40     389

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.

"İnterPosta" xəbər verir ki, əməliyyat zamanı onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb.

15.56

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

"İnterPosta" xəbər verir ki, əməliyyat zamanı bir neçə nəfər vəzifəli şəxs saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26