Interposta.Info

AZAL-ın daha bir vitse-prezidenti işdən çıxarılıb

Gündəm
 24-10-2023, 22:28     27 904

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-də kadr islahatları davam edir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QSC-nin vitse-prezidenti Eldar Hacıyev də vəzifəsindən azad olunub.

O, 2015-ci ildən bu vəzifəni tuturdu. Eldar Hacıyev AZAL-ın rəhbərliyinə təyinat almazdan əvvəl "Silk Way" şirkətinin vitse-prezidenti, eyni zamanda AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru vəzifəsində çalşıb.

AZAL-ın rəsmi veb-səhifəsində də Eldar Hacıyevin adı rəhbərliyin siyahısından çıxarılıb.

QSC-nin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, Eldar Hacıyev öz istəyi ilə bir neçə aydır qurumdan ayrılıb.

Xatıladaq ki, cari ilin sentyabr ayının 1-də Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2008-ci ildə təyin olunmuşdu. Ondan əvvəl - 1996-2008-ci illərdə isə Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru olub.

Cahangir Əsgərovun işdən çıxarılmasından sonra AZAL-da kadr islahatlarına start verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26