Interposta.Info

“AZAL-ın borcunu dövlət ödəyir, Cahangir Əsgərov özünə hotel tikir”

İqtisadiyyat / Ölkə
 10-05-2018, 21:24     10 742

“Gürcüstanın “NewsGeorgia” saytının yaydığı məlumata görə, “AZAL” Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun ailəsinə məxsus beşulduzlu “Qrand Qloriya” mehmanxanasının dəyəri 31 milyon dollardır. “Qloriya” şirkətinin 50,8 % payı “AZAL” prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Z. Qəmzəyevaya, qalanı onun uşaqları Cəmilə və Məlahət Əsgərovlara məxsusdur”

"XeberBiz" Pia.az-a istinadən bildirir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkədəki hesabında yazıb.

Ekspert 2016-cı lin yazında maliyyə naziri Samir Şərifovun parlamentdə verdiyi açıqlamanı xatırladıb: “Nazir bildirmişdi ki, AZAL-ın xarici borcu 650 milyon dolları ötüb. Həmin zamandan indiyədək, AZAL borclarını artırır. Ehtimal olunur ki, hazırda AZAL-ın borcu 1 milyard dollar çatır. AZAL-ın xarici öhdəliklərinin əksəriyyətinin zəmanəti dövlət tərəfindən verilib. Digər dövlət şirkətləri ilə yanaşı “AZAL” da, xarici valyuta ilə olan borc öhdəliklərini icra etməkdə çətinlik çəkir. Borc vəsaitini “AZAL”-ın xərcləməsinə baxmayaraq, onun çox hissəsi dövlət büdcəsindən ödənilir. Bu isə büdcədən xarici borcların ödənməsi üçün ayrılmış vəsaitlərin ildən-ilə sürətlə artmasına səbəb olur. Belə ki, 2018-ci ilin büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üçün 2 milyard 262 milyon manatdan çox vəsait nəzərdə tutulub”-deyə iqtisadçı vurğulayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26