Interposta.Info

Azərbaycanda məmurun “AA” nömrəli xidməti maşınının şüşələri sındırıldı - Ailə münaqişəsi

Gündəm
 26-09-2023, 14:39     528

Azərbaycanda vəzifəli şəxsə dövlət tərəfindən təhkim olunmuş "AA” dövlət nömrə nişanlı avtomobilin şüşələri sındırılıb.

Qaynarinfo-nun məlumatına görə, avtomobil Kəlbəcər Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Sahib Verdiyevə məxsus olub.

Hadisə Gəncə şəhərinin Yeni qəsəbə-1500 adlanan ərazisində, rəisin sürücüsünün ailəsində baş verən münaqişə zəmnində baş verib. Tural Heydərov (soyad şərti) əsəbiləşərək, Kəlbəcər Rayon Suvarma Sistemləri İdarəsinə məxsus və qaynatası Nurəddin tərəfindən idarə olunan "AA” dövlət qeydiyyat nişanlı "Chevrolet Niva” markalı avtomobilin sol arxa qapısının şüşəsinə və ön şüşəsinə yumruqla bir neçə zərbə vurub. Həticədə şüşələr sınıb və o, qolundan xəsarət alıb.


Rayonda feldşer vəzifəsində işləyən Tural Heydərov saxlanılıb və işə məhkəmədə baxılıb. Tural Heydərov məhkəmədə ifadəsində bildirib ki, maşına dəymiş ziyanı ödəmək fikri yoxdur. Belə ki, qaynatası Nurəddin bir neçə dəfə həmin avtomobili onun üzərinə sürərək, təhdid edib. Buna görə də, o, dəymiş ziyanı ödəməyib və ödəmək fikri yoxdur. Törətdiyi əməldən peşmandır.

Qarşı tərəf olan Nurəddin Məhərrəmov (soyad şərti) kürəkənin dediklərini təkzib edib və məhkəmədən onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Tural Heydərov İnzibati Xətalar Məcəlləsinin 232-1-cı maddəsi ilə təqsirli bilinib, barəsində 500 manat məbləğdə inzibati cərimə tənbehi tətbiq edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26