Interposta.Info

22 il əvvəl yoxa çıxan avtomobil Balakəndə necə tapıldı? (VİDEO)

Ölkə
 17-02-2020, 09:33     482

Şirvan şəhər sakini Məmməd Xəlilov gözlənilməz hadisə ilə üzləşib.

"İnterPosta" "Xəzər TV"yə istinadən xəbər verir ki,Məmməd Xəlilov 1995-ci ildə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Bu zaman ona məxsus olan "VAZ- 2106" markalı minik avtomobili polis əməkdaşları tərəfindən aktlaşdırılaraq təhvil alınıb. 1998-ci ildə həbs müddəti başa çatan Məmməd Xəlilov avtomobilini geri almaq üçün Balakən rayon polis şöbəsinə müraciət etsə də, şöbədə ona avtomobilin çıxdaş olduğunu bildiriblər.

Həmin dövrdən 22 il keçdikdən sonra, bu il yanvarın 6-da Məmməd Xəlilovun Şirvan şəhərindəki ünvanına cərimə protokolu gəlib. Protokolu oxuyan Məmməd Xəlilov ona məxsus olan 18 BA 216 dövlət nömrə nişanlı avtomobilin Yevlax-Zaqatala-Gürcüstan avtomil yolunun 159-cu km-də radara düşdüyünü öyrənib. Daha sonra o, həmin cərimə protokolunu götürərək Balakən rayon polis şöbəsinə gedib. Ona məxsus olan avtomobili idarə edən şəxs tapılaraq şöbəyə gətirilib. Məlum olub ki, avtomobil vaxtı ilə polis şöbəsində işləmiş keçmiş polis mayoru, Balakən rayon Hənfə kənd sakini Muradxan Muradov tərəfindən idarə olunub.

Polis şöbəsinə dəvət olunan Muradxan Muradov Məmməd Xəlilova məxsus avtomobilin qeydiyyat nişanını yoldan tapdığını bildirib. Amma sonradan o, qeydiyyat nişanını polis şöbəsindən götürdüyünü etiraf edib.

Balakən rayon polis şöbəsindən bildirilib ki, daxil olmuş müraciət əsasında iş aparılır. Bununla bağlı hüquqi qiymət veriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26