Interposta.Info

Ailədə tək özü işləyən Ucarın xanım sakini 7 illik işindən çıxarıldı

- AİDİYYATI QURUMLAR SUSUR

 

Gündəm
 6-08-2023, 23:11     469

Ucar rayon sakini Əhmədova Sevinc İsmayıl qızı redaksiyamıza müraciət edərək bildirir ki, yeddi il işçisi olduğu “DOST” MMC-dən işdən azad edilib. Ailədə tək özü işləyən Sevinc Əhmədova aidiyyatı qurumlara müraciət etsə də, bu günə qədər hələ də işlə təmin edilməmişdir:

“Mən yeddi ildir ki, “DOST” MMC-nin işçisi olmuşam. Hazırda bilinməyən səbəblərdən məni işdən azad ediblər. Himayəmdə iki azyaşlı övladım var. Bununla yanaşı “mitil” xəstəsi olan anama qulluq edirəm. Yoldaşım da heç yerdə işləmir. Ailədə işləyən tək mən olmuşam. Hazırda çox çətin vəziyyətdəyik. Hansı quruma müraciət edirəmsə, mənə iş verən yoxdur. İcra başçısından da köməklik istəmişəm. Lakin, köməklik göstərən yoxdur. Aidiyyatı orqanlardan xahiş edirəm ki, mənə işlə bağlı köməklik göstərilsin”.

PS. Məsələylə bağlı müvafiq qurumlara sorğu göndərmişik. Ümid edirik ki, vətəndaş Əhmədova Sevinc İsmayıl qızı tezliklə işlə təmin ediləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26