Interposta.Info

 

Bakıda baxımsız qalan heykəl yuyularaq təmizləndi - VİDEO

Gündəm
 7-07-2023, 17:18     380

Bakıda baxımsız vəziyyətdə qalan heykəl yuyularaq təmizlənib.

Bu barədə Oxu.Az-a Kommunal Xidmətlərdən məlumat verilib.

Belə ki, sözügedən heykəlin natəmiz vəziyyətdə olması Oxu.Az-da dərc olunduqdan sonra aidiyyəti üzrə əraziyə baxış keçirilib. Nəticədə Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində - “Nizami” metro stansiyasının qarşısında yerləşən parkda ucaldılan Azərbaycan memarı Zivər bəy Əhmədbəyovun heykəlinin həqiqətən də natəmiz halda olduğu müəyyən edilib.

Abidə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən yuyularaq təmizlənib.
Qeyd edək ki, Zivər bəy Əhmədbəyov 1918-1920-ci illərdə Bakının ilk azərbaycanlı baş memarı olub. Şəhərin inkişafında mühüm rol oynayıb. Zivər bəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirib. Parkın və abidənin açılış mərasimi 2011-ci il may ayının 26-da ölkə başçısının iştirakı ilə keçirilib. Abidənin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.

İnterPosta.info
[media=https://baku.tv/embed/89225]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26