Interposta.Info

“Kubinka”da narkotik satan səkkiz nəfər tutulub - FOTO/VİDEO

Gündəm
 25-08-2022, 14:48     302


Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən səkkiz nəfər müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov (“Kubinka”) küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha səkkiz nəfər müəyyən olunaraq saxlanılıb. Yasamal Rayon Polis İdarəsi və 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26