Interposta.Info

Vasif Talıbovun xidməti maşını və şəxsi mühafizəsi əlindən alındı

Gündəm
 21-12-2022, 19:33     507

Vasif Talıbovun xidməti maşını və şəxsi mühafizəsi əlindən alınıb.

"İnterPosta" Oxu.az-a istinadla məlumatına görə, ötən gün Bakıdan qayıdan Ali Məclisin sabiq sədri V.Talıbov hava limanından hər zamankı formada deyil, VIP qapıdan keçib. Onu hava limanında heç kim qarşılamayıb. Kiçik oğlu şəxsi avtomobili ilə atasını hava limanından götürüb.

Vasif Talıbovun evinin ətrafında olan mühafizə də ləğv edilib. Bir digər məlumata görə, Naxçıvanın Culfa-İran, Sədərək-Türkiyə, Şahtaxtı-İran gömrük-keçid məntəqələri iki gündür ki, bağlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26