Bakının bu ünvanında bina söküləcək, sakinləri mərhələli şəkildə köçürüləcək (VİDEO)
Bakının Xətai rayonu, Zığ şosesi, 7-ci binada ağır vəziyyət yaranıb.
"İnterPosta" ATV xəbər-ə istinadən bildirir ki, həmin ünvandakı bina qəzalı vəziyyətdədir. Burada yaşayan 60 ailə binanın hər an çökəcəyindən ehtiyat edirlər.
Binanın aid olduğu 133 saylı MİS-dən verilən məlumata görə, həmin ünvanda yaşayan ailələrin mərhələli şəkildə köçürülməsi nəzərdə tutulub. Toxuculuq Kombinatının balansında olmuş bina söküləcək ünvanlar siyahısına salınıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26