Interposta.Info

Cəbrayılda qəzaya düşən Binəli Yıldırımın son vəziyyəti (FOTO)

Gündəm
 26-11-2022, 10:58     239

Oktyabrın 20-si Cəbrayılda avtomobil qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Binəli Yıldırım sarğıları açılıb.

Qaynarinfo-nun məlumatına görə, Binəli Yıldırım ötən ay Azərbaycanda keçirdiyi qəzadan sonra müalicə aldığı Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasından bir neçə gün öncə başı sarğılı vəziyyətdə evə buraxılıb.

Keçmiş baş nazir sosial şəbəkədə sarğısız şəkilini paylaşaraq, hər şeyin qaydasında olduğunu bildirib.

Başındakı sarğı çıxaran Binəli Yıldırımın alnının ön hissəsində iki çapıq izi olduğu görülüb. Ancaq estetik baxımdan böyük bir problemin olmadığı müşahidə edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26