Interposta.Info

Binəli Yıldırım və Şamil Ayrım Zəngilanda qəzaya düşdü - Helikopterlə Bakıya gətirildilər (YENİLƏNİB)

 

Ölkə / Manşet
 21-10-2022, 09:13     344

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Azərbaycanda səfərdə olarkən qəzaya düşən Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyadan olan millət vəkili Şamil Ayrımın, həmçinin avtomobildə olan mühafizəçinin səhhəti barədə məlumat verib.

O, bu barədə özünün "Twitter” səhifəsində yazıb. "Mən onlarla əlaqə saxladım. Öyrəndim ki, onların üçünün də səhhəti yaxşıdır və qəzadan yüngül xəsarətlərlə qurtulublar”, - nazir qeyd edib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

Bu barədə Qaynarinfo "Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, Yıldırım və Ayrımın vəziyyətləri yaxşıdır. Onlar tibbi müayinə məqsədilə həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar.

AKP sədrinin müavinləri Ömər Çelik və Efkan Alan onları müşayiət etmək üçün Bakıda qalıblar.

Qeyd edilir ki, qəzaya uğramış nəqliyyat vasitəsinin sürücüsünün səhhəti yaxşıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26