Interposta.Info

Tərtərdə daxmanı xatırladan məktəb binası təhlükəli vəziyyətdədir - VİDEO

Gündəm
 24-11-2022, 22:47     348

Tərtər rayonunda Kəlbəcərdən məcburi köçkün olan şagirdlərin təhsil aldıqları məktəbin binası qəzalı vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət birmərtəbəli daxmanı xatırladan tikilidən, əslində isə Kəlbəcər rayon 127 saylı orta məktəbdən gedir.

Məktəbin damını külək aparmaması üçün üzərinə daşlar yığılıb. Tikilinin içi də acınacaqlı vəziyyətdədir- tavan uçub, oturacaq və lövhələr də köhnədir.

Tərtərin Həsənqaya kəndində yerləşən təhsil ocağı 15 ilə yaxındır ki, məcburi köçkün ailələrinin məskunlaşdığı ərazidə fəaliyyət göstərir.

Qış aylarında vəziyyət daha da acınacaqlı olur.

Problemlə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonu üzrə təhsil sektorunun müdiri Namiq Rəcəbov bildirib ki, sözügedən məktəb uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Binanın dam örtüyünün əsaslı təmirə ehtiyacı var. Artıq mövcud problemlə bağlı tikinti təchizat sektoruna məlumat verilib.

Daha ətraflı süjetdə:



İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26