Interposta.Info

Cəlilabadda məktəb qəzalı vəziyyətdədir, dağıla bilər (FOTOLAR)

Gündəm
 16-05-2022, 21:27     123

Cəlilabad rayonunun Üçtəpə kənd 2 nömrəli ümumi orta məktəbi qəzalı vəziyyətdədir.

Bu barədə "Report"un Muğan bürosuna məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib.

Valideynlər bildiriblər ki, məktəb çoxdandır bu vəziyyətdədir və heç bir təmir-bərpa işləri aparılmır: "Yağış, qar yağanda tavandan siniflərə tökülür. Təkcə sinif otaqları yox, müəllimlərin də oturduğu otağa da tökülür. Ümumiyyətlə məktəb qəzalı vəziyyətdədir. Burada hər an uçqun ola bilər".

Problemlə bağlı sözügedən məktəbdən bildirilib ki, şəhid Həmid Poladovun adını daşıyan Üçtəpə 2 nömrəli məktəb uyğunlaşdırılmış binada yerləşib: "Bina əvvələr ticarət obyekti kimi fəaliyyət göstərib.1995-ci ildən isə burada 2 saylı məktəb fəaliyyətə başlayıb. O gündən məktəb fəaliyyətini davam etdirsə də təmir edilməyib. Hazırda məktəbin yararsız olması haqda müvafiq qurumlara məlumat verilib. Təhsil nazirliyindən məktəb binasına baxış da keçirilib və yeni məktəb binasının tikilməsi nəzərdə tutulub".

Qeyd edək ki, sözü gedən məktəbdə 300-ə yaxın şagird təhsil alır.

Cəlilabadda məktəb qəzalı vəziyyətdədir, dağıla bilər (FOTOLAR)









İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26