Interposta.Info

Azərbaycanda məmur keçmiş qudalarını məhkəməyə verdi

Gündəm
 4-11-2022, 09:54     192

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev keçmiş qudalarını məhkəməyə verib.

Lent.az xəbər verir ki, bu barədə o, xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə şikayət edib. Şikayətə əsasən, sədr müavininin keçmiş qudaları İsmayıl Hüseynov və onun həyat yoldaşı Lətifə Hüseynova barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham elan olunub.

İş hakim Vüsal Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası bu gün Binəqədi Rayon Məhkəməsində baş tutub.

Qeyd edək ki, əvvəllər də tərəflər arasında gedən qalmaqal barədə mətbuatda yazılar dərc olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26