Interposta.Info

Daha bir generalın rütbəsinin alınması tələb olunur

Gündəm
 28-09-2022, 12:45     387

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinovun general rütbəsinin alınması tələb olunur.

"İnterPosta" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu tələblə Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Orxan Səmədov çıxış edib. Prokuror Nizami Şirinovun general rütbəsinin alınması üçün Prezidentə təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilməsini istəyib.


Qeyd edək ki, keçmiş MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən son prosedə dövlət ittihamçısı Nizami Şirinovun 12 il, Elcan Abdullayev və Elman Tahirovun hər birinin 11 il müddətinə azadlıqdan mərhum edilməsini tələb edib, Elman Tahirovun isə barəsində olan cinayət işinin müddətinin keçməsi ilə bağlı cinayət işinə xitam verilməsini istəyib.

Onu da qeyd edək ki, bundan əvvəl məhkəməsi yükunlaşan MTN əməkdaşlarının da rütbəsi alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26