Interposta.Info

Qazaxda kişi keçmiş arvadını uşaqlarının gözü qarşısında baltaladı - YENİLƏNİB

Gündəm
 20-07-2022, 09:17     392

Qazaxda qadına xəsarət yetirən şəxs saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədov münaqişə zamanı keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanı balta ilə vurub.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Onların bir müddət əvvəl boşansalar da, məhkəmə qadına həmin evdə yaşamaq hüququ verilib.

Məlumata görə, hadisə azyaşlı uşağın gözü qarşısında baş verib.

Faktla bağlı araşdırma aparılır.

04:55

Qazax rayonunda qadın həyat yoldaşı tərəfindən baltalanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovaya başından və qollarından baltayla ağır xəsarətlər yetirilib. Hazırda cərrahi əməliyyat olan qadının vəziyyəti ağır olaraq qalır.

Hadisənin həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26