Interposta.Info

Uşaqların döyüldüyü sığınacağın sahibi GÖRÜN KİMİN QIZI İMİŞ

Gündəm
 3-06-2022, 09:56     345


Bakıda uşaqlara aylarla əzab verilən sığınacağın rəhbəri ilə bağlı yeni məlumatlar üzə çıxıb.

"İnterPosta" “qafqazinfo”ya istinadən xəbər verir ki, “Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımova Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımovun qızıdır.

Zülfü Qasımov hazırda Ağdam YAP təşkilatında Aparat rəhbəri kimi fəaliyyət göstərir. Sığınacağın rəhbəri Könül Qasımova eyni zamanda, sosial şəbəkələrdə bloqer kimi tanınan, daha çox bloqer Aysel Şükürova ilə birgə videolar çəkən Raul İsgəndərlinin anasıdır.

Qeyd edək ki, sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış C.M-nın (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. O cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkar edilib.

Fakta görə cinayət işi başlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26