Interposta.Info

Bakı merinin sabiq müavini daha bir vəzifəsini də itirdi
 

Gündəm
 24-08-2021, 14:59     595

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sabiq müavini Fidumə Hüseynova Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvlüyündən çıxarılıb.

"İnterPosta" xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onu bu vəzifədə Bakı Şəhər İcra Hakimiyyətinin Aparatın rəhbəri Elgin Şirin oğlu Həbibullayev əvəz edib.

Qeyd edək ki, F.Hüseynova 2005-ci ildən 2021-ci ilin mart ayınadək Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26