Interposta.Info

Bəzi kanallar batır: savadsızlıq, süni davranış... - Millət vəkili

Gündəm
 12-05-2021, 10:47     469

Televiziyalarda islahatlar aparılmalıdır. Kanalı dəyişməkdən qorxuruq. Qorxuruq ki, hansısa başqa bir bayağı və şit verilişə urcah olacağıq.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili, təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, ölkədə telekanallar səviyyəsizliyə görə bir-birilərinə bənzəyirlər. Dünyada isə səviyyə uğrunda rəqabət gedir:

“Bəzi televiziya rəhbərləri özlərini doğrultmurlar. Bəlkə kanalları birləşdirməklə nəyəsə nail olmaq mümkündür?”

Millət vəkili maliyyə sıxıntısı olduğu haqda məlumatlar gəzən bəzi kanalların birləşməsini təklif edib:

“Televiziyaların ictimai rəyə təsiri sıfra bərabərdir. Süni davranışlar, savadsızlığın nümayişi, yekəxanalıq artıq normaya çevrilib. Maarifçilik, elm və təhsil, kino və sənətin digər növləri barədə dişə vurulası bir veriliş belə yoxdur. Bu ambisiyalı və inkarçı adamlardan bundan sonra da belə verilişləri gözləməyə dəyməz. Çünki təfəkkür anidən dəyişən kateqoriya deyil. Vaqif Mustafayev nümunəsini götürək. Televiziya hər gün bataqlığa qərq olurdu. Mustafayev getdi, lakin televiziyanı bataqlıqdan çıxarmağın yolları axtarılır”.

Millət vəkili bəzi kanalların artıq “batdığını” bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26