Interposta.Info

Ermənilərdən iddia: Xocavənddəki əkin torpaqlarının yarısı Azərbaycanın nəzarətindədir

Gündəm
 4-03-2021, 11:09     248

Hazırda Xocavənddəki əkinə yararlı torpaqların azı yarısı Azərbaycanın nəzarətinə keçib.

Bu barədə erməni mətbuatı yazıb.

Məlumata görə, rayon ərazisində kənd təsərrüfatı təyinatlı 27 min 133.1 ha torpaqdan 15 min 792,1 ha artıq Azərbaycanın nəzarətindədir. Mətbuatın yazdığına görə, müharibədən əvvəl Xocavənddə 22 min ha torpaq əkilib.

Hazırda Azərbaycan 308,20 ha üzüm bağına, 230 ha nar və 62,27 ha meyvə bağına nəzarəti təmin edib.

"Bundan başqa, Azərbaycan tərəfinin nəzarətindəki torpaqlarda 15 kombayn, 105 traktor və digər kənd təsərrüfatı texnikası qalıb”,-deyə mətbuat yazıb. /cebhe.info

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26