Interposta.Info

Oliqarx-məmurların torpaqları əllərindən alınır - İnam Kəriov tapşırıq verdi

Ölkə
 7-05-2018, 15:09     10 638

Heydər Əsədovun Kənd Təsərrüfatı Nazirliyindən çıxarılması ilə oliqarxların ələ keçirdiyi əkinə yararlı torpaqların geri alınması prosesi də başlaya bilər.

"XeberBiz" xəbər verir ki, bu barədə modern.az saytı məlumat yayıb. Sayt yazır ki, nazir postuna təyinat almış İnam Kərimov bu istiqamətdə araşdırmalara başlanılması üçün göstəriş verib. İ.Kərimovun mayın 4-də bölgələrə səfəri zamanı qeyd olunan məsələləri diqqətdə saxladığı bildirilir. Nazirin bu göstərişlərindən qorxuya düşən bəzi oliqarxların canına vəlvələ düşdüyü gələn məlumatlar sırasındadır.

Qeyd edək ki, bir sıra rayonlarda 1000 hektarlarla əkinə yararlı sahələr, örüş yerləri illərdir, hasarlanıb və toxunulmaz ərazilər kimi zənginlərin mülkiyyətində saxlanılır. Kənd təsərrüfatı üçün yararlı sahələr məmur-oliqarxlar tərəfindən uzun illərdir, "əsarətdə saxlanılır”. Bu faktlar eks-nazir Heydər Əsədova da sirr deyildi, amma nədənsə problemin çözülməsi hansısa səbəblərdən uzadılırdı...

Hətta dövlət başçısı da zamanında əkinə yararlı torpaqların oliqarxlar tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi:

"Mən bu torpaqlarla bağlı məruzənin hazırlanmasını tapşırmışam. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara aiddir və məndə onların adları var. Yaxın vaxtlarda həmin məsələ ilə bağlı tədbirlər görüləcək və istifadə edilməyən torpaqlar geri alınaraq, kənd təsərrüfatında istifadəyə yönəldiləcək. Ölkədə kənd təsərrüfatı əhəmiyyətli istifadəsiz torpaq qalmamalıdır”.

Ölkə rəhbəri 2016-cı ildə Sabirabadda keçirilmiş müşavirədə bu barədə daha sərt danışmışdı. Dövlət başçısı demişdi ki, böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq: "Ona görə bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir... Bir qarış torpaq belə boş qalmamalıdır”.

Ölkə başçısının həmin tapşırıqlarından sonra Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi məsələnin həllinə dair birgə fəaliyyət göstərəcəklərini açıqlasalar da, indiyədək bir nəticə hasil olmayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26