Interposta.Info

Məşğulluq Agentliyi Şamaxıda ofis üçün 90 min manat icarə haqqı verəcək

Gündəm
 26-02-2021, 11:32     767

Dövlət Məşğulluq Agentliyi 8 saylı Ərazi Məşğulluq Mərkəzi filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satınalınması müsabiqəsinə yekun vurulub.

Qaynarinfo xəbər verir ki, məbləği 90 min manat olan tenderin qalibi fiziki şəxs Faiq Nizami oğlu Şirivov olub.

Tenderin şərtlərinə görə, 36 aylıq 235 kvadrat metr (kv.m) ofis sahəsi üçün Faiq Şirinova 90 min manat icarə haqqı veriləcək. Yəni, 1 kv.m ofis icarəsinin qiyməti 10,63 manatdır.

8 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Şamaxıda fəaliyyət göstərdiyini nəzərə aldıqda ofis icarəsinin həddən artıq baha olduğunu demək olar. Çünki Bakının ən prestijli biznes-plazalarında belə icarə haqqı kv.m üçün aylıq 9-10 manatdır…

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26