Interposta.Info

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

Gündəm
 6-01-2021, 21:00     455

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 222200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 201596 nəfər müalicə olunaraq sağalıb, 2818 nəfər vəfat edib. Hazırda 17786 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9364, bu günə qədər isə ümumilikdə 2231993 test icra olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26