Interposta.Info

Ramiz Mehdiyevin yerinə təyinat oldu

Gündəm
 19-11-2020, 14:21     660

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasına yeni müdir seçilib.

"İnterPosta" xəbər verir ki, bu barədə Dövlət İdarəçilik Akademiyası məlumat yayıb.

Bildirilir ki, bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyinat alıb.

Qeyd edək ki, bundan əvvəl kafedranın müdiri Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev olub.

Əlavə edək ki, bir müddət əvvəl bu ali təhsil ocağındakı 6 kafedraya müdir vəzifəsi üçün elan edilən müsabiqə artıq yekunlaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26