Interposta.Info

Prezident Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərini dəyişdirdi (SİYAHI)

Ölkə
 20-02-2018, 18:00     10 404

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında" sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin ediliblər.

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri

Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri

Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Dövlət Qulluğunu İdarəetmə Şurasının əvvəlki heyəti belə idi:

Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri

Süleyman İsmayılov Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri

Yusif Hümbətov Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Ağabala Hacıyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin işlər müdiri

Əbülfəz Qarayev Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri

Seyfəddin Qəndilov (vəfat edib) Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının rektoru.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26