Interposta.Info

Ramiz Mehdiyevin hansı vəzifələri qalıb? – SİYAHI

Siyasət
 9-09-2020, 10:43     368

Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postunu itirdikdən sonra daha iki vəzifəsinə əlvida deməli olub. Bunlardan biri Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, digəri isə Əfv Məsələləri Komissiyasının sədri vəzifəsidir.

Hazırda Ramiz Mehdiyev 3 vəzifə daşıyır. O Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmaqla yanaşı, Təhlükəsizlik Şurasının üzvü və Dövlət İdarəçilik Akademiyasının 1999-cu ildən fəaliyyət göstərən Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiridir. Akademiyanın rəsmi veb-səhifəsində qeyd edilib ki, kafedra yarandığı vaxtdan onun rəhbəri Ramiz Mehdiyev olub.

Nəvəsinin toyu ilə bağlı qalmaqalda Ramiz Mehdiyevin görünməmiş səviyyədə tənqidə məruz qalması onun artıq hakimiyyət komandasında arzuolunmaz şəxs olduğu barədə qənaət yaradıb.

Bu baxımdan ehtimal olunur ki, AMEA prezidenti digər iki postu da itirə bilər. Onun hətta akademiyanın rəhbəri postundan uzaqlaşdırılacağı da gözlənilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26