Tərtərdə həlak olanların sayı 4 nəfərə çatdı - FOTOLAR

Oktyabrın 15-də ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Hadisə nəticəsində 3 nəfər - Rüstəmov Vasif Bahadur oğlu (1962), Orucov Pərviz Novruz oğlu (1989), Zamanov Şakir Xasay oğlu (1988) hadisə yerində həlak olub, Məmmədov Füzuli Əli oğlu (1966), Əmirov Nofəl Yelmar oğlu (1968), Əmirov İskəndər Yelmar oğlu (1967), Allahverdiyev Elsevər Vəli oğlu (1979) və Qəzənfərli Rafael Qəzənfər oğlu (1986) isə yaralanıb.
Yaralalanlardan daha biri - Əmirov İskəndər Yelmar oğlu xəstəxanada vəfat edib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26