Interposta.Info

Ordumuza Şuşa yolu göründü: Cəbhədəki gəlişmələr və Lavrovun planları - "Canlı debat"

Gündəm
 15-10-2020, 14:38     692

Vətən müharibəsinin 19-cu günündə qələbələrimizin sayı artır. Dünən prezident İlham Əliyev işğaldan azad edilmiş yeni kəndlərimizin siyahısını elan etdi. İndi elə məntəqələr əlimizdədir ki, artıq ordumuz Şuşaya doğru müzəffər yürüşə başlaya bilər. Xüsusi ilə Füzulinin nəzarətimizə keçməsi müharibənin taleyini birdəfəlik həll edəcək.

Bütün bunların fonunda Ermənistanın baş naziri Paşinyan sınıq -salxaq olmuş ordusuna rütbə və ad paylayır.
Ekspertlər onun bu hərəkətini deqradasiyaya uğramış hərbçiləri ruhlandırmaq addımı kimi qiymətləndirirlər.
Eyni zamanda, prosesi ləngitmək, dayandırmaq istəyən beynəlxalq güclər var.

Lavrovun Qarabağın taleyi haqda yenə “gələcək zamanla” danışması da ciddi müzakirə faktorudur. Son olaraq deyib ki, danışıqlar masasında olan və müzakirə edilən sənəd Ermənstan ordusunun Dağlıq Qarabağın təhlükəsizliyinə və Ermənistanla etibarlı quru yol əlaqəsinin olmasına tam təminat verilməsi şərti ilə, regionun statusunun müəyyən edilməsinə qədər 5 rayondan çıxarılmasını nəzərdə tutur. Daha sonra Ermənistan Ordusu daha 2 rayondan çıxarılır və Dağlıq Qarabağın yekun statusu müəyyən olunur. Ancaq konkret olaraq Ermənistana bunun nə vaxt edəcəyini demir. Azərbaycanı yenə bu nağılla danışıqlar masasasına qaytarmaq istəyirlərsə, son sözü Ordumuz deyəcək, demək...

Diplomatiyamız bu baş qatmaya nə cavab verəcək? Və Rusiya Qarabağa hərbi müşahidəçi, yoxsa əsgər göndərirmək istəyir? Lavrov deyib ki, münaqişənin həlli üçün rusiyalı hərbi müşahidəçilərin regiona yerləşdirilməsini təklif ediblər. Amma nazir bunun hər iki tərəfin razılığı ilə gerçəkləşə biləcəyini əlavə edib. Hərbi müşahidəçi nə deməkdir? Onlara hansı mandat verilə bilər ki, “münaqişəni həll etsinlər?” Azərbaycan sülhməramlıların gəlməsinə hansı şərtlərlə razıdır və ATƏT üzvü olan hansı ölkələrin əsgərlərinin gəlməsi bizə uyğundur?


Bu və digər sualların cavabını saat 14.30-da "Canlı debat" verilişində "İnterPosta" Media Qrupunun rəhbəri Rauf Arifoğlu cavablandıracaq. Veriliş zamanı cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları ilə telefon bağlantısı yaradılacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilərlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26