Interposta.Info

Hacıbala Abutalıbovun bazarı yandı? - FOTOLAR

Gündəm
 8-07-2018, 21:42     10 711

Bakının Nərimanov rayonunda, son bir neçə həftə ərzində, tikinti materialları bazarı artıq üçüncü dəfədir ki, yanır.

"XeberBiz" virtualaz.org-a istinadən xəbər verir ki, Nərimanov rayonunda yanan tikinti materialları bazarı Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbova məxsusdur.

Bundan başqa o da məlum olub ki, bu həmin bazarda il ərzində baş verən 32-ci yanğın hadisəsidir.

Tikinti materialları bazarında yeni yanğınla bağlı yayılan xəbəri isə FHN təkzib edib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb ki, qeyd edilən tarixdə həmin rayonda belə bir hadisə baş verməyib, yalnız 650 m² sahədə quru ot yanıb və yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən söndürülüb.

interposta.info

Hacıbala Abutalıbovun bazarı yandı? - FOTOLAR
Hacıbala Abutalıbovun bazarı yandı? - FOTOLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26