Interposta.Info

Azərbaycan Rusiyadan “Terminator” almaq istəyir - VİDEO

Gündəm
 11-06-2018, 09:38     10 553

Azərbaycan Rusiyadan BMPT-72 “Terminator-2” tanka dəstək döyüş maşınlarını almağa maraq göstərir. Virtualaz.org xəbər verir ki, bu barədə “Sputnik” agentliyi Rusiyanın hərbi-sənaye kompleksindəki mənbələrə istinadən bildirib.

“Terminator-2” tanka dəstək döyüş maşınları hazırda Rusiyadan başqa təkcə Qazaxıstan ordusunun silahlanmasında yer alır. Əlcəzair bu il Rusiyadan həmin döyüş maşınlarının iri partiyasını alacaq. Azərbaycan, Peru və Suriya isə döyüş maşınlarını almağa maraq göstərir.

Azərbaycan Rusiyadan “Terminator” almaq istəyir - VİDEO

Rusiya artıq “Terminator-2” döyüş maşınlarını Suriyada sınaqdan keçirib. “Rostex” korporasiyasının sənaye üzrə direktoru Sergey Abramov bildirib ki, texnika özünü real döyüş şəraitində çox əla göstərib və aprel ayından başlayaraq Rusiya ordusunun silahlanmasına daxil edilir.

Habelə Abramovun sözlərinə görə, “Uralvaqonzavod” Suriya təcrübəsini nəzərə alaraq döyüş maşınlarının yeni versiyasını-“Terminator-3” ü işləyib hazırlamağa başlayıb. Məsələn, indiki döyüş maşınlarının heyəti 5 nəfərdən ibarətdirsə yeni versiyada avtomatlaşdırılmış sistemlərin sayəsində heyət üzvlərinin sayı 3 ola bilər. Bundan əlavə “Terminator-3” pilotsuz uçan aparatları, habelə mərmiləri və ən başlıcası iri çaplı top mərmilərini havada vura biləcək./Virtualaz.org

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26