Interposta.Info

Rusiyadan Azərbaycana müasir hərbi texnikanın yeni partiyası gətirildi - VİDEO, FOTOLAR

Gündəm
 19-01-2018, 18:47     10 494

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir.

interposta.info Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək.

Qeyd edək ki, böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik, silahlanmaya daxil edilən bu tip hərbi texnika 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq edilib. Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv edilməsi bu texnikanın yüksək effektivliyini nümayiş etdirib.

interposta.info


Rusiyadan Azərbaycana müasir hərbi texnikanın yeni partiyası gətirildi - VİDEO, FOTOLAR
Rusiyadan Azərbaycana müasir hərbi texnikanın yeni partiyası gətirildi - VİDEO, FOTOLAR
Rusiyadan Azərbaycana müasir hərbi texnikanın yeni partiyası gətirildi - VİDEO, FOTOLAR
Rusiyadan Azərbaycana müasir hərbi texnikanın yeni partiyası gətirildi - VİDEO, FOTOLARRusiyadan Azərbaycana müasir hərbi texnikanın yeni partiyası gətirildi - VİDEO, FOTOLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26