Interposta.Info

“Müharibəyə qədər raket ala bilmədik” - Paşinyandan etiraf

Dünya
 21-03-2021, 11:49     471

Baş nazir Nikol Paşinyan Ermənistanın Rusiyadan raketsiz "Su-30CM” qırıcı təyyarələri aldığını etiraf edib.

"İnterPosta" RİA Novosti"yə istinadən xəbər verir ki, bundan əvvəl keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyan Rusiyadan alınan "Su-30CM” qırıcılarının döyüş sursatı ilə təchiz olunmadığını bildirib.

Onun sözlərinə görə, Rusiya hökumətinin qərarına əsasən, həmin qırıcıların döyüş sursatlarının ikinci ölkəyə satışı qadağandır.

"Bizə deyirlər ki, nə üçün siz təyyarə aldınız? Bəli, biz təyyarə aldıq, may ayında təhvil verildi. Ancaq biz müharibəyə qədər raket ala bilmədik. Təyyarələri siz alardınız, biz də raketləri alardıq. Niyə 26 yaşlı dövlətin döyüş təyyarələri yox idi?", - deyə Paşinyan ittihamlara cavab verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26