Interposta.Info

Azad Rəhimovun oğlu Vergilər Nazirliyini məhkəməyə verdi

Gündəm
 8-05-2018, 16:42     10 482

Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus Bakı şəhər Halqası Əməliyyat Şirkəti məhkəməyə müraciət edərək Vergilər Nazirliyinə qarşı iddia qaldırıb.

Tendensiya.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, cavab kimi nazirliyin Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Bakı şəhəri Milli Gəlirlər Departamenti tanınıb.

Şirkət nazirliyin vergi yoxlamarı ilə bağlı “müəyyən hərəkətləri etməkdən çəkinmə”sini tələb edib. İlk olaraq nazir oğlunun şikayətinə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb. A.Rəhimovun şirkətinin şikayəti qismən təmin edilib.

Nazirlik isə qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin sədrliyi ilə baxılır.

Qeyd edək ki, Bakı şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycanda “Formula 1 Qran Prisi” yarışlarını keçirir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26