Interposta.Info

Yeni yaradılan

Ölkə
 5-01-2017, 14:41     755

Yeni yaradılan
Vergilər naziri Fazil Məmmədovun əmri ilə yeni yaradılan Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlarla iş Departamentinə rəhbərlər təyin olunub

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Habil Məmmədov Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamentinin baş direktoru təyin edilib.

Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsi Ağasəməd Əfəndiyevə həvalə olunub.

Sərxan Məmmədov isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26